"Azərpoçt" MMC-nin baş direktoruna daha bir müavin təyin olunub.

Hacı Hacıyev bu vəzifəyə təyinat alıb və bununla da baş direktorun müavinlərinin sayı üçə çatıb. 

Qeyd edək ki, H.Hacıyev vəzifəsinin icrasına iyulun 5-dən başlayıb.

Bundan başqa, Asif Əliyev "Azərpoçt" MMC-yə yeni baş mühasib təyin olunub. A.Əliyev vəzifəsinin icrasına 8 iyul tarixindən başlayıb.

APA