Bu gün ABŞ prezidenti Barak Obama ilə Ərdoğan arasında telefon danışığı baş tutub.

Mia.az Türkiyə mediasina istinadən xəbər verir ki, söhbət çevrilişin baş memarı Fətullah Gülənin Türkiyəyə təslim edilməsindən gedib: "Ərdoğan Obamaya Gülənlə bağlı 4 dosyenin ABŞ-a rəsmən göndərildiyini bildirib. Obama da söz verib ki, Fətullah Gülənlə bağlı həmin dosye və dəlillər ciddi şəkildə incələnəcək".

Məlumatda o da bildirilir ki, Obama Ərdoğana çevrilişlə bağlı hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını da çatdırib.