Türkiyə prezidenti Ərdoğan bu gün tərəfdarları qarşısında çıxış edərək, 15 iyulda Türkiyədə baş  verən dövlət çevrilişi planında birbaşa Fətullah Güləni ittiham edib.

Mia.az xəbər verir ki, çıxışında ABŞ-a səslənən Ərdoğan "İndiyədək biz o zatın (Fətullah Güləni nəzərdə tutur - redaksiya) geri verilməsini və yaxud deportasiya edilməsini sizdən dəfələrlə xahiş etdik. Ancaq hər dəfə müxtəlif bəhanələr, dəlil yetərsizliyini əsas gətirib, bunu eləmədiniz. Sizə 15 iyulda baş verənlər yetərli deyilmi?! Xərçəng kimi yayılan bu terror təşkilatı daha nələr etməlidir?! Buradan Amerikaya səslənirəm və deyirəm, o zatı bizə geri verin", - deyə, bildirib.

Ərdoğan onu da bildirib ki, nəyin bahasına olursa olsun, Fətullah Gülən layiq olduğu cəzanı alacaq: "O və hörgütü gərəkli dərsləri alacaqlar. Bu ölkədən onların bütün kökklərini kəsəcəyik, hüquq çərmivəsində cəzalarını ən ağır şəkildə ödəyəcəklər".

Ərdoğan Gülənə də xitab edib: "Ey zat, nə zamana qədər gizlənəcəksən?! Gəl, etdiklərinin cavabını ver.

Buradan xalqımızı da əmin edirəm, bu hörgütün bütün hücrələrinə enəcəyik, onların hər birinin aşkarlanaraq, cəzalandırılmasına nail olacağıq".

Xatırladaq ki, dünən Fətullah Gülənin Türkiyəyə verilib-verilməyəcəyi barədə suala cavab verən ABŞ-ın dövlət katibi Kerri deyib ki, "dəlilləri təqdim etsinlər, baxaq və qərar verək".

Mia.az