Bu dəqiqələrdə Türkiyə prezidenti Ərdoğan kameralar qarşısına çıxıb. O, bütün xalqı ölkəboyu meydanlara səsləyib.
Mia.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu ölkə belə qiyama baş əyəcək ölkə deyildir.
Ərdoğan baş verənlərdə Fətullah Güləni də ittiham edib: "Hamı bilsin ki, bu ölkə Pensilvaniyadan idarə olunan deyil. Gərəkən addımlar atılır. Artıq onların saxlanılması yönündə hüququ addımlar saxlanılır".
Prezident deyib ki, dəniz və özəl qüvvələrinin komandanlığı da qiyamçılara qarşı hərəkətə keçiblər: "Onlar açıq bildiriblər ki, həmin hadisədə yer alan "eşqiya"lara aramızda yer yoxdur".
Prezidentin bu çıxışından sonra həqiqətən də hər iki qurumun belə bir açıqlama verməsi rəsmən telekanallarda yayımlanıb.