Türkiyədə qiyamçı ordu birləşməsinin əlində olan helikopterdən biri F-16 qırıcı təyyarəsi tərəfindən vuruldu.
Mia.az xəbər verir ki, bu barədə məlumatı NTV yayıb.
Məlumatda o da qeyd olunur ki, İstanbulun bəzi nöqtələrində şiddətli atışma davam edir. Acı xəbərlərdən biri də odur ki, atışmada 17 polis şəhid edilib. Orduya aid helikopter Daxili İşlər Nazirliyinin binasına hecum edərək, binanı və orada mövqe tutan özəl qüvvətlərin əməkdaşlarını atəçə tutub. Bu hücumdan sonra ölən və ya yaralananların olub-olmadığını hələ də dəqiqləşdirmək mümkün olmayıb.
Onu da qeyd edək ki, az əvvəl ordunun qiyam qaldıran hissəsinin ələ keçirib, bəyanat yaymasının ardından TRT-nın yayımı da dayandırılıb.