Milli Məclisin bir qrup deputatı Latviyaya gedəcək
Milli Məclisin Latviya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Gültəkin Hacıbəyli və qrupun üzvləri ? Aynur Quliyeva, İlyas İsmayılov, Dünyamin Xəlilov aprelin 19-da Latviyanın paytaxtı Riqa şəhərinə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Latviya tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər zamanı millət vəkilləri ölkə Seyminin sədri, Seymin Hüquq komissiyasının rəhbərliyi, Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə qrupun üzvləri ilə, həmçinin Rezekne şəhər Dumasında bir sıra görüşlər keçirəcəklər.
Deputatlarımız latviyalı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişafı, informasiya, təcrübə mübadiləsi və s. məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Səfər aprelin 22-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51