Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov aprelin 21-i jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamadığı haqda son bəyanatına münasibət bildirib. Ə.Həsənov deyib ki, son vaxtlar Vaşinqtonun Azərbaycanla bağlı siyasətinə Bakıdan səslənən etirazlar fonunda Dövlət Departamentinin bəyanatını normal qəbul etmək mümkündür: ?Hesab edirik ki, ictimai narazılıqlar da ABŞ-ın dövlət siyasətini planlaşdıran mərkəzlərə müəyyən təsir göstərdi. Biz Vaşinqtonun Dağlıq Qarabağ məsələsinə münasibətdə sona qədər obyektiv olacağına ümid edirik. ABŞ-la münasibətləri korlamaq, onunla tərəfdaşlığımıza xələl gətirmək istəmirik. Amma təəssüflər olsun ki, bəzən şərait bizi buna məcbur edir. Ümid edirik ki, ABŞ əvvəllər olduğu kimi yenə Azərbaycanla bağlı sağlam tərəfdaşlıq mövqelərini qoruyub saxlayacaq. Biz də buna cavab olaraq ABŞ-ın maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə ye