Bakı şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Mübariz Həsənəliyev Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayanın Müşaiyət-eskort bölüyünün (YP 500) komandiri təyin edilib. Buna qədər M.Həsənəliyev komandir müavini vəzifəsində çalışırdı(avtosfer).
Qeyd edək ki, MEB-in bundan əvvəlki komandiri polkovnik-leytenant Elşad Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsinin Texniki baxış məntəqəsinin rəiyi təyin edilib.