Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti dəyişib. Aprelin 18-də keçirilən seçkidə 50,3 faiz səs toplayan baş nazir Dərviş Əroğlu dövlət başçısı postuna seçilib. Indiki prezident Mehmet Əli Tələt 42,8 faiz səslə kifayətlənməli olub. 1938-ci ildə doğulmuş Dərviş Əroğlu İstanbul Universitetinin tibb fakültəsini bitirib. 2009-cu ildən baş nazir kürsüsünü tutur. 1985-1993, 1996-2004-cü illərdə də baş nazir olub.