Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə  Sərəncam imzalayıb.

Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli 3-cü hissəsinin "Komissiya sədrinin müavinləri” bölməsində "Əli Abbasov” sözləri "Ramin Quluzadə” sözləri ilə, "Komissiyanın üzvləri” bölməsində "Samir Nuriyev” sözləri "Əsgər Ələkbərov” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Əli Abbasov sabiq nazir, Ramin Quluzadə isə hazırkı rabitə və yüksək texnologiyalar naziridir.