Nəqliyyat Nazirliyində yüksək post tutmuş Əmrah Cəfərova yeni vəzifə verilib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki,  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimlinin əmri ilə Əmrah Cəfərov taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin rəis müavini təyin olunub.

Əmrah Cəfərov faktı təsdiqləyib. Bildirib ki, 20 gündür bu vəzifəyə təyinat alıb: "Əsas vəzifəm taksi və avtobuslarda mədəni xidmətlərin göstərilməsi nəzarət etməkdən ibarət olacaq”.

Xatırladaq ki, Əmrah CəfərovNəqliyyat Nazirliyinin ləğv edilmiş  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini vəzifəsində çalışıb.