Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və İran liderləri ilə üçtərəfli görüşdə iştirak üçün avqustda Bakıya mümkün səfəri üzərində iş gedir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib(Trend).
Xatırladaq ki, bundan əvvəl "Tasnim" agentliyi məlumat yaymışdı ki, İran Prezidenti Həsən Ruhaninin avqustda Azərbaycana səfəri planlaşdırılır. H.Ruhaninin Bakıda azərbaycanlı və rusiyalı həmkarları İlham Əliyev və Vladimir Putinlə üçtərəfli görüşdə iştirak edəcəyi gözlənilir.