Bu gün KXCP qərargahında DUİ və Müsavat arasında növbəti məsləhətləşmələr keçirilib. Ölkədə və beynəlxalq aləmdə baş verən proseslər müzakirə olunub.Müstəqil İnformasiya Agentliynin xəbərinə görə, 2010-cu il palament seçkilərində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə olunub. Məsləhətləşmələr davam etdiriləcək. Məsləhətləşmələrdə Müsavat başqanı İ.Qəmbər, KXCP sədri M.Mirəlioğlu, BAP sədri, Elşad Musayev, AXP sədri Qiyas Sadıqov, Azadlıq partiyasının sədri Əhməd Oruc, DUİ-nin parlament təmsilçisi, millət vəkili Pənah Hüseyn iştirak edib.