Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün çox böyük səy göstərir.
Bu sözləri İrəvanda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, hazırda Ermənistan və erməni xalqı qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli kimi aktual mövzu var: "Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici işlər Nazirləri Şurası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ikitərəfli görülər keçirir, münaqişənin həlli prosesinin uğurla nəticələnməsi üçün böyük səy göstərir”(apa).