Atatürk hava limanındakı terror aktı zamanı həyatını itirənlər üçün dua edən Türkiyə prezidenti R.T.Ərdoğan, taksi sürücüləri ilə görüşüb.

Prezident terror hadisəsindən sonra turistlərdən olduqça çox gediş haqqı aldıqları iddia edilən taksilərdən və terrordan danışıb:

"Müsəlmanlar olaraq biz rahatıq. Amma, başqaları ürkəkdir. Bu problemlərin hamısını birlikdə aşacayıq. Bu nöqtədə durmaq yoxdur. Sonuna qədər bu işin üstünə gedəcəyik. Əsgərimiz, polisimiz, hamımız birlikdə... Bu iş bitmədən buraxmayacayıq, inşallah. Bilirsiniz, mən sosial şəbəkələrə qarşıyam. Mən bu "Twitter"ə-filan, hamısına qarşıyam. Özüm də istifadə etmirəm. Mənim adıma istifadə edənlər var. O ayrı məsələdir. O, əxlaqsızlığı edənlərin əxlaqsızlığı öz üzərinədir. Bunları heç vecinizə də almayın" 

Ərdoğan taksi sürücülərini yaxınlaşan Ramazan bayramı münasibəti ilə təbrik edib. Hava Limanı Taksiçilər Kooperatifi sədri Fahrettin Can isə prezidentə ziyarəti ilə bağlı təşəkkürünü bildirib: "Sizi çox sevirik, Burdakılar sizi çox sevir".

Bizimyol.info