Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan avqust ayında Parisdə görüşəcəklər.
Bu barədə Ermənistan mətbuatı yazıb. Məlumata görə, Paris görüşündən sonra prezidentlərin ABŞ-da da görüşü gözlənilir.
"ABŞ görüşü ya sentyabr, ya da oktyabr ayında nəzərdə tutulur. ABŞ görüşü Paris görüşünün nəticəsindən asılı olacaq”, - deyə Ermənistan XİN-dəki mənbə bildirib.