"Tələbə baharı" tələbələrin lV yaradıcılıq festivalına start verilir
Gənclər və İdman Nazirliyi "Tələbə baharı" tələbələrin lV yaradıcılıq festivalının keçirilməsini planlaşdırır. Festivalda Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində də fəaliyyət göstərəna ali təhsil müəssisələrinin tələbələri öz istedadlarını nümayiş etdirə biləcəklər.
Festivalın keçirilməsində əsas məqsəd, tələbələrin estetik tərbiyə sistemini
təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət
qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və yeni ünsiyyət
əlaqələrinin formalaşdırılmasına şərait yaratmaqdır.
Yaradıcılıq festivalı aşağıdakı nominasiyalar üzrə keçiriləcəkdir:
Musiqi üzrə (5-7 dəq)
-pop musiqisi
-xalq mahnıları
-caz musiqisi
-klassik musiqi (vokal)
-estrada musiqisi
-rok musiqisi
-muğam
-musiqi alətlərində ifa
Rəqs üzrə (5-7 dəq)
-milli rəqslər (fərdi)
-milli rəqslər (kollektiv)
-müasir rəqslər (fərdi)
-müasir rəqslər (kollektiv)
- idman rəqsləri (bal rəqsi)
Teatr üzrə
-pantomima
-parodiya
-ŞHK
Festivalın qalibləri fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Əlaqələndirici şəxs: Tələbə və tələbə təşkilatları ilə iş sektorunun əməkdaşı
G.Rəhimova
tel: 465-64 43
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47