Bəstəkarlarımız "Convergence-2010"da iztirak edir
Azərbaycan bəstəkarları aprelin 4-dən 9-dək Tiflisdə ?Convergence-2010? müasir musiqi festivalında iştirak edir. Tədbirdə əsasən Avropa və Güney Qafqaz ölkələrinin bəstəkarlarının əsərləri səsləndirilir.
Festivalda Azərbaycanı üç bəstəkar- Elmir Mirzəyev, Firudin Allahverdi və Səid Qəniyev təmsil edir. Konsertin əsas sponsoru İsveçrənin ?Pre-Art? təşkilatıdır.
Festivalda E.Mirzəyevin simfonik orkestr və 4 solist üçün yazdığı "Zamandan qaçış", F.Allahverdinin 5 alət üçün yazdığı ?Üç badam, bir qoz? (hər iki əsər ?Pre-Art? təşkilatı tərəfindən sifariş olunub), habelə Səid Qəniyevin ?Episode? əsəri səslənəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47