Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda partiyanın seçkilərə hazırlığı ilə bağlı məsələlər müzakirə olunub. BAXCP-nin baş katibi, seçki qərargahının rəhbəri Söhrab Abdullayev partiyanın namizədlər siyahısı haqqında məlumat verib, 70 seçki dairəsi üzrə namizədlərin müəyyənləşdiyini bildirib. O, namizədliyini irəli sürmək istəyən digər şəxslərin də olduğunu və bu müraciətlərə baxıldığını deyib. BAXCP-nin namizədlər siyahısı partiya Ali Məclisinin sessiyasında təsdiq ediləcək. İclasda Qırğızıstanda baş verən hadisələr də müzakirə olunub. BAXCP Azərbaycan hökumətini bu ölkəyə humanitar yardım göstərməyə çağırıb.