Milli Məclisinin aprelin 16-na nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə Milli Məclisin mətbuat xidmətində məlumat verilib. Verilən məlumata görə, iclas aprelin 16-da deyil, 20-də keçiriləcək. İclasın təxirə salınmasını gündəliyə əlavələrin edilməsi ilə əlaqələndirilib. Qeyd edək ki, Milli Məclisin növbəti iclasında ?Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında? qanun layihəsi və digər sənədlər müzakirə olunacaq.