Türkiyə baz naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan görüzlər
Vaşinqtonda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş artıq başa çatıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Ərdoğan görüş zamanı bildirib ki, protokolların imzalanması üçün Ermənistan işğal olunmuş Dağlıq Qarabağ torpaqlarını azad etməlidir.
Həmçinin məlum olub ki, iki ölkənin xarici işlər nazirləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində birgə səylər göstərəcək. Qeyd edək ki, bir müddət öncə verilən xəbərə görə, görüşdə Sürixdə imzalanan protokollar, habelə ikitərəfli münasibətlərin normallaşması prosesinin müzakirə ediləcəyi bildirilirdi. Həmçinin Türkiyənin Ermənistandan protokollarla bağlı qəti addımlar atması, eləcə də İrəvandan danışıqlara üçüncü ölkənin qarışması üçün səy göstərməməsini istəyəcəyi söylənilirdi.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin də müzakirə ediləcəyi bildirilirdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08