Bu gün Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri ölüb.

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü əsgər Qrant Qriqoryan güllə yarası alaraq həyatını itirib. Hadisə idman meydançasında baş verib.

Faktla bağlı araşdırma aparılır.