Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.

Yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir.

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edib.

Yeni icra başçısı, həm də Sumqayıtın icra başçısı Zakir Fərəcovun yaxın qohumdur.

40 yaşı var.

Yeni təyin olunan icra başçısı kimdir? -  Fotolar
Yeni təyin olunan icra başçısı kimdir? -  Fotolar
Yeni təyin olunan icra başçısı kimdir? -  Fotolar
qafqazinfo