Bu gündən Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə,  məqsəd Bakıda keçiriləcək "Formula 1" yarışlarında təhlükəsizliyin təmin edilməsidir:

"Yarışın özündə təhlükəsizliyin təmin edilməsi üçün 3 minə yaxın daxili işlər əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib".