Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.

Ermənistanın "1in.am” saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb. Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

*** 

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.