İyunun 13-dən 16-dək İzmir şəhərində (Türkiyə Respublikası) əməliyyat planlaşdırması prosesi kursu və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.