Bakının Sabunçu rayonunda ər-arvad dəm qazından boğulub. Rayon Prokurorluğundan verilən məlumata görə, 81 yaşlı Həmid Əliyev və onun həyat yoldaşı 71 yaşlı Ərizə Əliyeva dəm qazından boğularaq ölüblər. Hadisə Maştağa qəsəbəsində bağ evindən baş verib. Bədbəxt hadisə mərhumların yatdıqları vaxt olub. Hər iki qoca ağır vəziyyətdə xəstəxanaya aparılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.