Göyçayın icra başçısı vəzifəsindən azad edilərək Kənd Təsərrüfatı nazirinin müavini təyin edilən Mübariz Ağayev Unikal.org-a danışıb.
O, açıqlamasında təyinatını təsdiqləyib və bildirib ki, bundan sonrakı fəaliyyətini Kənd Təsərrüfatı nazirinin müavini kimi davam etdirəcək.
M.Ağayev göstərdiyi etimada görə, prezident İlham Əliyevə təşəkkür edib.