Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunub.

Mia.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Prezidentin digər sərəncamı ilə Mübariz Ağayevin yerinə təyinat da olub. Belə ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə Göyçaya icra başçısı göndərilib. Məlumata görə, Mübariz Ağayev Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun müavini təyin edilib.

Onu da qeyd edək ki, Mehdi Səlimzadə əslən İmişli rayonundandır. O, Sumqayıtın icra başçısı Zakir Fərəcovla qudadır.

Mia.az