Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib(APA).
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.
Yekun bəyanata əsasən, növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə olunub.