Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 8-də saat 13.00-dan 13.20-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20.00-dan 20.05-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 22.45-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 9-da saat 00.40-dan 01.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.