Sumqayıtın tanınmış iş adamı, "Karvan" Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov vəfat edib.
Mia.az xəbər verir ki, mərhum uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.
Bu gün mərhumun vəfatı ilə əlaqədar Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, keçmiş təhsil naziri Misir Mərdanov Sumqayıta gəliblər.
Mərhum sabah doğulduğu rayonda - Ucarda dəfn olunacaq.
Allah rəhmət eləsin!
Mia.az