Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınmasına Türkiyədən sərt reaksiya verilib.

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bu qərarın Türkiyə üçün yox hökmündə olduğunu bildirib: "Almaniya parlamentinin "təhrif olunmuş və əsassız” bir sıra iddiaları "soyqırım” olaraq qəbul etməsi tarixi səhvdir. Almaniya parlamentinin bu qanunu qətnaməni qəbul etməsi Türkiyə və Almaniya arasındakı dostluq əlaqələrinə yaraşan bir qərar deyil.Türkiyə üçün bu qərar yox hökmündədir. Bu məsələ siyasətçilərin, ya da parlamentarilərin deyil, elm adamlarının və tarixçilərin yekun nəticə qəbul etməsi gərəkən məsələdir. Türkiyə olaraq bu qərara əlbəttə ki, hər formada lazımı cavabı verəcəyik”.