"Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə bu gün Prezident İlham Əliyev Sərəncam verib.

Mia.az xəbər verir ki, "Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar aşağdakı qərar verilib:

"Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin yaradılması və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 447; 2001, № 3, maddə 207) əlavə edilmiş "Bakıelektrikşəbəkə” açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və obyektlərin Siyahısı” ləğv edilsin.