Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Mia.az Milli Məclisə istinadən xəbər verir ki, bununla bağlı spiker Oqtay Əsədov qərar imzalayıb.

"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı qərarı verib:

1. Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Qamuna oğlu Səlimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.