Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Ramiz Mahmud oğlu Məmmədov – "Azərbaycan Respublikasının coğrafiyası"

Üçcildlik monoqrafiyaya görə

Elbrus Kərim oğlu Əlizadə

Məhərrəm Səməd oğlu Həsənov

Zakir Namin oğlu Eminov

Ədəbiyyat sahəsi üzrə

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) – "Seçilmiş əsərləri" oncildlik kitabına görə.