Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Dövlət başçısı tədbirdə nitq söyləyib. Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olunub.