Prezident ilham Əliyev Estoniyaya getdi
Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da Estoniyaya dövlət səfərinə yola düşüb. Ölkə başçısını Heydər Əliyev Beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Qeyd edək ki, üç gün davam edəcək səfərin məqsədi ölkələr arasında siyasi dialoqun aktivləşdirilməsi, informasiya, iqtisadiyyat və elmi-mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Prezident İ. Əliyevin səfər proqramına Estoniya prezidenti Toomas Xendrik İlves, baş nazir Andrus Ansip, xarici işlər naziri Urmas Paet və Tallinn meri Edqar Savisaarla görüşlər daxildir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08