Prezident ilham Əliyev Almaniya Bundestaqının üzvünü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheeri qəbul edib. Almaniya Bundestaqının üzvü, Ümumdünya Bərpa Olunan Enerji Şurasının həmsədri Hermann Şheer Azərbaycanda sürətli iqtisadi inkişafın getdiyini qeyd edib.
Ölkəmizdə energetika sahəsində böyük uğurlar əldə olunduğunu bildirən qonaq Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə edilməsinə diqqət yetirdiyini deyib. O, Azərbaycanın dünyada alternativ enerji mənbələrinə böyük önəm verən ölkələrdən biri olduğunu vurğulayaraq qeyd edib ki, səfərinin məqsədi bu sahədə Azərbaycanda həyata keçirilən işlərin hazırkı vəziyyəti və perspektivləri ilə yaxından tanış olmaqdan ibarətdir.
Azərbaycanın dövlət başçısı ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin uzunmüddətli enerji təminatının möhkəm əsaslarını yaradıb. O, qeyd edib ki, hazırda Azərbaycan alternativ enerji mənbələrinin yaradılmasına böyük diqqət verir və bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08