"Rusiya bundan sonra da Qarabağ probleminin həllinə kömək edəcək".
Bunu Rusiya Baş naziri Dmitri Medvedyev Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü zamanı söyləyib.
Onun sözlərinə görə, əldə olunmuş sülhün saxlanılması çox vacibdir. O, Moskvanın Ermənistan və Azərbaycan liderlərinin görüşünü alqışladığını bildirib(Axar.az).