Tarif Şurasına elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə müraciət daxil olmayıb.
Bu barədə Tarif Şurasının yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, hazırda bu məsələlər Tarif Şurasında müzakirə edilmir: "Son günlər bəzi KİV-də elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.