Dünən Vyanada baş tutan görüşdən sonra Azərbaycan və Ermənistan prezidentləri gələn ay da görüşməyi planlaşdırıblar.

Hər iki ölkə lideri İlham Əliyev və Serj Sarkisyan bu formatda yeni görüşün keçirilməsi üçün razılıq əldə ediblər.

Qeyd edək ki, dünən iki saat davam edən danışıqlaran sonra tərəflər regionda atəşkəsə əməl edilməsi ilə bağlı razılıq əldə ediblər. Bundan başqa, Əliyevlə Sarkisyan münaqişə zamanı itkin düşən şəxslərlə bağlı məlumat mübadiləsi aparmağı davam etdirəcəklərini bildiriblər.