Bu gün KXCP sədrini müavini Xəzər Teyyublu və bir neçə jurnalist Kürdəmir yolunda avtomobil qəzasına düşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə qəzaya düşən jürnalistlərdən biri ?Azadlıq? qəzetinin əməkdaşı Vidadi Məmmədov məlumat verib. Avtomobildə KXCP sədrini müavini Xəzər Teyyublu, ?Azadlıq? qəzetinin əməkdaşı Vidadi Məmmədov, ?Ədalət? qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, ?Ölkə? qəzetinin əməkdaşları Nəsimi Şərəfxanlı və Elmidar Əliyev olublar. V.Məmmədovun sözlərinə görə, Kürdəmirdən ?Bakı Xəbər? qəzetinin əməkdaşı Ruslan Xəlilin toyundan qayıdarkən getdikləri 90 FY 461 nömrə nişanlı mercedes, qarşıdan gələn 10 BK 328 nömrəli VAZ 2106 markalı avtomobilə toqquşub. Qəza qarşı tərəfdən gələn avtomobilin onların yoluna çıxması üzündən baş verib. V.Məmmədov deyir ki, qəza nəticəsində hamı xəsarət alıb. Hazırda onları vəziyyəti qənaətbəxşdir.