"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyində (BTRİB) kadr dəyişikliyi olub.

BTRİB-in Hüquq şöbəsini rəisi Famil Mehdiyev işdən çıxarılıb. Onu yerinə yeni təyinatın olub-olmaması barədə məlumat yoxdur(APA).

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun sabiq baş direktoru Beytulla Hüseynov həbs edilib, bir sıra vəzifəli şəxsləri isə vəzifədən azad ediliblər.