Prezident İlham Əliyev Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı yeni səfirinin təyinatıyla bağlı sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Əli Fikrət oğlu Əlizadə Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Qeyd edək ki, o, buna qədər Təbrizdə baş konsul kimi çalışıb.