Prezident İlham Əliyev bu gün iki diplomatla bağlı sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən aşağıdakı şəxslər geri çağırılıb:
Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən, Elşad İlyas oğlu Qulamov isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıblar.