Cəbhə bölgəsinə yollanan müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir sakinlərlə görüşüb, ziyan dəymiş evlərə baxıb.
Z.Həsənov cəbhə xəttində baş verənlərə də toxunub. O, deyib ki, cəbhədə ermənilərin növbəti təxribatlarının qarşısı alınıb. "Allah Ali Baş komandanımızın canını sağ eləsin. Onların dərsini verəcəyik”.








