isa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüzüb
Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel arasında görüş keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, görüşdə Qarabağ problemi, qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Səfir parlament seçkilərinə qədər ATƏT-in Bakı ofisinin nəzərdə tutulan tədbirləri barədə partiya başqanına məlumat verib.
Görüşdə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ATƏT-in Bakı ofisinin əməkdaşları Jalkin Karpenter və Elgün Tağıyev iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51