Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aprelin 2-ci ongünlüyündə Qarabağ forumunun növbəti toplantısı toplantısının keçirilməsi qərara alınıb. Ermənilərin Azərbaycana qarşı soyqırımının araşdırılması üçün beynəlxalq komissiyanın yaradılması qərara alınıb. 2010-cu il il parlament seçkilərinə hazırlıqla bağlı məsələnin müzakirəsi dairələr üzrə namizədlərin əsasən müəyyənləşdirilməsi ilə başa çatıb. DUİ Sədrlər Şurasının üzvləri 31 Mart soyqırım günü Qubadakı kütləvi məzarlığı ziyarət edəcək. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.