ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrupunun 10 üzvünün imzası ilə ABŞ Prezidenti Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub göndərilib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məktubun Azərbaycanın ABŞ-dakı gördüyü işlər nəticəsində martın 26-da göndərildiyi bildirilib. Cari ilin fevral ayında Azərbaycana təşkil edilmiş konqresmenlərin köməkçilərinin səfəri bu təşəbbüsün reallaşmasında mühüm rol oynayıb.